!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyanla Moskva arasında siçan-pişik oyunu davam edir" - Erməni politoloq

!Reklam – Yazi

“Paşinyan Putinə qarşı çirkin təxribata əl atıb, siçan-pişik oyunu davam edir”.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, bunu erməni politoloq Beniamin Matevosyan deyib. O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya dövlətinin başçısına qarşı çıxır.

“Ötən çərşənbə axşamı Nikol Paşinyan Rusiya və Qarabağla bağlı bir neçə təxribat xarakterli bəyanatlar verdi.

Beləliklə, Nikol Paşinyan əslində Vladimir Putini Qarabağı təslim etməkdə, KTMT-ni isə üzərinə düşən vəzifələri yerinə yetirməməkdə ittiham etdi.

Paşinyanın bu müsahibəsi elə-belə baş verməyib. Nazirlər Kabinetinin rəhbəri MDB üzvü olan dövlət başçılarının qeyri-rəsmi illik görüşünə getməmək üçün bəhanə – Moskvadan sərt reaksiya gözləyir.

Bir sözlə, Paşinyanla Moskva arasında siçan-pişik oyunu davam edir”, – Matevosyan qeyd edib.

Xuraman Etibarlı

www.yenicag.az

177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv