!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pasiyentləri bezdirən NÖVBƏ PROBLEMİ: “Sistem düzgün qurulmadığı üçün vətəndaşlar saatlarla...”

!Reklam – Yazi

“Növbə sisteminin düzgün tətbiq olunmadığı şəraitdə effektli icbari tibbi sığorta sistemindən söhbət gedə bilməz”.

Bu fikirləri xəstəxanalarda uzun növbə probleminin həll yolları haqda danışan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta sisteminin tətbiq edildiyi ilk gündən etibarən, bu sahədə özünü göstərən problemlər həll olunmayıb:

“İcbari Tibbi Sığorta tədbiq olunmamışdan öncə onun təşkilati tərəflərində çox ciddi nöqsanlar vardı. Bu nöqsanlardan biri də növbə sistemidir. Növbə sisteminin düzgün tətbiq olunmayıbsa, effektiv icbari tibbi sığortadan söhbət gedə bilməz.

Xəstələrin narazı olduqları əsas problemlərdən biri məhz budur. Növbə sistemi düzgün tənzimlənmədiyi üçün vətəndaşlar saatlarla gözləməli olurlar. Dünya ölkələrində belə bir vəziyyət yoxdur. Ona görə də biz ilk olaraq “növbə” sistemini qaydaya salmalıyıq. İnsanlar növbəli şəkildə müraciət etməli və rahatlıqla həkim qəbuluna düşməlidirlər.

Bunun üçün bir xüsusi elektron proqram hazırlanmalıdır. Vətəndaş onlayn rejimdə növbə tutduqdan sonra xəstəxanaya gəlməlidir. Proqrama əsasən çeşidlənmə aparılmalı, təxirəsalınmaz yardım tələb olunan şəxslər dərhal qəbul edilməli, planlı müraciətlər isə mütləq növbələnməlidir. Məhz bundan sonra işin keyfiyyəti və həkimlərin məsuliyyəti artar, həm də xəstələr daha effektli müalicə alar”.

Nuray Məmmədzadə

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv