Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pasportsuz tələbələr universitetə gedə biləcək?

“COVID-19 pasportu olmayan tələbələri dərsə buraxan universitetlər rəhbərləri məsuliyyət daşıyacaq”.

Yenicag.az-ın məlumatına görə, bu barədə Operativ Qərargahın keçirdiyi brifinqdə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“COVID -19 pasportu olmadan yaşı 18-dən yuxarı şəxslər təhsil müəssisələrinə daxil olan şəxslər polis tərəfindən məsuliyyətə cəlb olunmayacaq. Buna görə həmin təhsil müəsisəsinin rəhbərliyi, bu prosesə nəzarət edən şəxslər məsuliyyət daşıyacaq”.

Qeyd edək ki, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində sentyabrın 15-də dərslərin bərpa olunmasının nəzərdə tutulduğunu deyib.

www.yenicag.az

238
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100