!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Payız mövsümünün 5 görkəmli rəngi

!Reklam – Yazi

Avqustun son günlərində olduğumuz bu vaxtlarda mağazalarda payız/qış mövsümünün hakimliyini hiss edirik. Uzun müddət davam edən moda nümayişləri artıq bizə qarşıdan gələn mövsüm üçün göstərişlər verir.

Yenicag.az növbəti mövsüm üçün üstünlükləri ilə danışılacaq 5 rəngi təqdim edir:

1- Gümüş

Ayaqqabı və çantalarda çox istifadə etdiyimiz gümüşü rəngi geyimlərdə görəcəyik. Lüks markaların yaradıcılığında qarşılaşdığımız gümüş rəngə bəzən bütün paltar üçün üstünlük verilir, bəzən də kombinasiyalarda bir parçanı vurğulamaq üçün istifadə olunur.

2- Göy

Tünd göy rəng bir çox rəngə uyğunlaşma qabiliyyəti ilə seçilən bir rəngdir. Bu səbəblə qara və yay rəngləri kimi bir çox rənglə birlikdə istifadə edilə bilər. Ən çox sarı, yaşıl, çəhrayı və torpaq tonlarını tünd göy rəngə aid edirik. Gələn mövsüm xüsusilə paltolarda və anoraklarda bu rəngə şans verməlisiniz.

3- Bənövşəyi

Bənövşəyi uzun müddət Barbi çəhrayı rəngindən istifadə etməkdən yorulanlar üçün yeni bir alternativdir. Payız-qışda tez-tez istifadə etdiyimiz boz rəngi müşayiət edə biləcək ən enerjili rənglərdən biri olmalıdır. Gündəlik həyatda tez-tez geyinəcəyiniz parçaları seçmək yerinə, kombinasiyanızı diqqətəlayiq etmək üçün bənövşəyi bir parça istifadə edə bilərsiniz.

4- Nil yaşılı

Yaşılın ən şirin çalarlarından biri olan nil yaşılını gələn mövsüm bir çox geyim markalarında görmək olacaq. Öz canlı enerjisi ilə payız/qış mövsümünün adi ab-havasına yeni hava gətirəcək.

5- Süd rəngi

2023 Payız/Qış rənglərindən biri olan süd rəngi saf ağ olmasa da, rəngi ilə paltarlara çox xoş bir atmosfer qatacaq. Açıq rəngli kombinasiyalar etmək istədiyiniz günlərdə bir çox rəngə uyğunlaşa bilən bu rəngi seçə bilərsiniz./unikal.az/

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv