Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlanan çaylar, tərəvəzlərdir.

Quşburnu, zəncəfil, kəklikotu, cökə çiçəyi və çobanyastığından hazırlanan çay immunitetinizi ən çox gücləndirəcək vasitələrdəndir. Hər gün axşam yatmazdan əvvəl bu çayı için.

Ədviyyatlardan çox istifadə edin. Zəncəfil sizi soyuqdəymədən, virusdan, ürəkbulanmasından xilas edəcək.

Kəklikotu həm çay, həm də yeməklərə səpilərək istifadə edilə bilər. Tərkibi C vitamini ilə zəngindir.

Çoxlu omeqa 3, D, B, C vitamini qəbul etməlisiniz. Gündə 2 ədəd yaşıl bibər yeyərək orqanizmi C vitamini ilə təmin edə bilərsiniz. Eyni zamanda yemiş, manqo, ərik immunitet gücləndirən vasitələrdir.

İspanaq, digər göyərtilər çox yeyin. Tərkibi A vitamini ilə zəngindir. Tərkibində E vitamini olan badam, fındıq yeyin.

www.yenicag.az

246
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100