!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Paytaxt klubundan dörd rekord

!Reklam – Yazi

“Səbail” Azərbaycan Premyer Liqasında tarixi rekorda imza atıb.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, komanda ardıcıl dörd qələbə qazanmaqla buna nail olub.

Şahin Diniyevin yetirmələri “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0, son olaraq isə VII turda “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub ediblər. Premyer Liqada 2017/2018 mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl dörd qələbə qazanmayıblar.
“Səbail” həm də cari mövsümün bütün oyunlarında qol vuran yeganə komandadır. Bakılılar ardıcıl yeddi matçda meydanı qolsuz tərk etməməklə klub tarixinin rekorduna imza atıblar. Əvvəlki rekord üç il öncə qeydə alınıb. 2020/2021 mövsümündə “Səbail” ilk iki turda qol sevinci yaşayıb.

Paytaxt təmsilçisi ilk yeddi turdakı xal və qol sayında da öz rekorduna imza atıb. “Səbail” bu matçlarda 13 xal toplayıb. Paytaxt təmsilçisi 2018/2019 və 2019/2020 mövsümlərində bu qədər oyunda 10 xal yığmağı bacarıb. Komandanın yeddi qarşılaşmada 12 qol vurması da klub tarixində yeni rekorddur.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv