!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxt şəhərdə güclü partlayış səsi eşidildi - FOTO

!Reklam – Yazi

Ötən gün ABŞ-nin paytaxtı Vaşinqtonda güclü partlayış səsi eşidilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, vahiməli səs çaxnaşmaya səbəb olub.

Məlumata görə, səsdən bəzi evlər silkələnib.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə insanlar bunun hərbi təlimlərlə əlaqədar ola biləcəyini ehtimal ediblər.

ABŞ rəsmiləri, bir müddət sonra verdiyi açıqlamada, partlayış səsinin, əlaqə kəsilən “Cessna” tipli təyyarəyə yetişməyə çalışan hərbi təyyarələrin səs sürətini aşmaqlarından qaynaqlandığını bildirib.

ABŞ Federal Aviasiya İdarəsi “Cessna Citation” tipli bir təyyarənin paytaxt üzərində uçuşa qadağa zonasına girdiyini və pilotun radio xəbərdarlığına baxmayaraq reaksiya verməməsindən sonra F-16-ların fövqəladə reaksiya icazəsi ilə səsdən yüksək sürətlə havaya qalxdığını qeyd edib.

Bildirilib ki, kiçik təyyarə daha sonra Virciniya ştatında dağlıq əraziyə çırpılıb və təyyarədə olan 3 sərnişin və pilot həyatını itirib.

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv