!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda yanğın nəticəsində yaranan ciddi təhlükə aradan qaldırıldı - YENİLƏNDİ + FOTO/VİDEO

!Reklam – Yazi

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə ərazidə yanğın nəticəsində yaranan ciddi təhlükə aradan qaldırılıb:

“Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb”.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir, əlavə məlumat veriləcək.

***

15:49

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata görə hazırda nazirliyin  Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğının söndürülməsinə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

***

15:13

Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv