!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda beşmərtəbəli binanın həyətində yanğın baş verdi

!Reklam – Yazi

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə Nəsimi rayonu, Möhsün Sənani küçəsində (S.Vurğun küçəsi ilə kəsişməyə yaxın ərazi) beşmərtəbəli yaşayış binasının həyətində yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata görə, sahəsi təqribən 20 m² olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğın bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə məhdudlaşdırılaraq tam söndürülüb.

Əlavə məlumat veriləcək.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv