Paytaxtda bu yol sürüşmə səbəbindən hərəkətə bağlanıb – FOTO

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb.

Yenicag.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə, 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunacaq.

Məhdudlaşma ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaları, təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edilib.