8-18 sentyabr tarixilərində aparılan təmir işləri ilə əlaqədar olaraq Mirəli Qaşqay küçəsinin Süleyman Rəhimov və Şamil Əzizbəyov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.
Hazırda Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir. Bununla əlaqədar olaraq, hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.
Aparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən […]
Mayın 16-17-də Bakının Ziya Bünyadov prospektinə 20 Yanvar dairəsi istiqamətindən girişin məhdudlaşdırılması səbəbindən 11 marşrut xəttinin hərəkət sxemi müvəqqəti olaraq dəyişdiriləcək.
Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar 09.04.2020-ci il saat 00:00-dan 10.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.