!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda istehsal edilən əczaçılıq məhsullarının həcmi açıqlandı 

!Reklam – Yazi

Bu ilin yanvar-iyun aylarında paytaxtda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 279,9 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 14,5 faiz, əczaçılıq məhsullarının istehsalında 15,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 30,2 faiz azalma müşahidə olunub.

Bakı Şəhər Statistika İdarəsindən Yenicag.az-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 2,7 dəfə artıb, lak boya məmulatlarının istehsalı 20,8 faiz, oksigen istehsalı isə 29,0 faiz azalıb. Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,8 faiz artıb, plastik borular, borucuqlar, şlanqlar üçün fitinqlərin istehsalı isə 23,2 faiz azalıb.

www.yenicag.az

222
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv