!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtdakı SUBASMALAR: Təşkilatçı dövlət qurumudur? - İDDİA

!Reklam – Yazi

“Binəqədidə baş verən subasmaların qarşısını almağın tək yolu işə ciddi və məsuliyyətli şəkildə yanaşılması olacaq”.

Bu fikirləri Binəqədi şosesində baş verən subasmalar ilə bağlı danışan nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, müvafiq qurumların özbaşınalıqlarının qarşısı alınsa, belə ciddi problemlərlə üzləşmərik:

“Binəqədi şosesində olan su nasosları enerjisiz qalmamal;d;r. Enerji kəsilən zaman həmin o nasoslardan biri dayansa, şoseni su basacaq. Su nasoslarına baxan dövlət qurumu özünü göstərmək üçün belə bir vəziyyət yaradıb ki, şoseni su bassın. Araşdırmaya əsasən, bu özbaşınalığı tək deyil, hətta qrup şəkilində etdikləri məlum olub. Ötən günlərdə nasosun birinin dayanması nəticəsində Binəqədidə olan evləri və polis bölməsini su basmışdı. Bu kimi halların qarşısını almaq üçün işə ciddi və məsuliyyətli şəkildə yanaşmaq lazımdır.”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli isə Yenicag.az-a açıqlamasında bildirib ki, qurum üzərinə düşən xidmətlə bağlı məsələni həll edir.

“Məsələn, yağış barmaqlıqlarının dolub-daşmasın deyə təmizlənməsini həyata keçirir. Lakin dünyanın heç bir qurumu tədbirlər nəticəsində problem yaşanmayacağına zəmanət vermir.

İntensiv yağışlar dünyanın hər yerində müəyyən problem yaradır. Yağış barmaqlıqlarına axan suyun yarpaq və yaxud tullantı gətirməsi ilə tıxanması əsas narahatlıqlardan biridir. Öncələr problemli yerlər var idi. Məsələn, Binəqədiyə yağış yağdıqdan sonra su çəkilmirdi. İndi belə ərazi yoxdur. Son illər ciddi sıxıntı ilə rastlaşmamağımız sevindirici haldır. Yaranmış vəziyyətin aradan qaldırılması üçün tədbirlər həyata keçirilib. Bu yöndə işlər davam etdiriləcək”.

Lamiyə Dərgah

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv