!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtı yaşanmaz hala gətirən TİKİNTİLƏR: Normativlərə niyə əməl edilmir? - ŞƏRH

!Reklam – Yazi

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş planına əsasən, paytaxtda 122 minə yaxın yaşayış binası söküləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin hazırladığı Baş planda ərazilərin zonalaşdırılması, yeni mühəndis-kommunikasiya sistemləri, nəqliyyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, paytaxtda istismar müddətini başa vurmuş cəmi 11 minə yaxın bina var:

“Bakı şəhərinin Baş planı sonuncu dəfə 1986-cı ildə hazırlanıb. O vaxtı müəyyən normativlərlə qorunan binalararası məsafələr, yaşıllıqlar, parklar və digər ərazilər bu gün çoxmənzilli yeni yaşayış binaları, müxtəlif obyektlərlə əvəzlənib. Nəticədə tikinti norma və prinsipləri tamamilə pozulub. Hazırda paytaxt ərazisində 11 minə yaxın çoxmənzilli bina istismar müddətini başa vurub. 100-dən artıq çoxmənzilli bina isə tamamilə qəzalı vəziyyətdədir. Bu gün paytaxtda pilot layihələr üzrə sökülən hər beşmərtəbəli binanın yerində 15-20 mərtəbəli yeni çoxmənzilli bina inşa edilir. Lakin paytaxtın mərkəzində və mərkəzə yaxın ərazilərdə çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələri qalmayıb. Hazırda satışda olan torpaq sahələri isə fantastik qiymətə təklif olunur. Bu qiymətə torpaq sahəsi alıb çoxmənzilli bina inşa etdirmək tikinti şirkətinə sərf etmir. Ona görə də bəzi tikinti şirkətləri köhnə binaları alıb yerində yeni çoxmənzilli bina tikirlər. Köhnə binalar sökülərək əvəzində yenisi inşa edilən zaman tikinti normativləri gözlənilmir”.

Paytaxtın tam mərkəzində yerləşən 2,3,4 mərtəbəli binaları sökərək yerində çoxmənzilli, hündürmərtəbəli yeni binanın inşa edilməsinin qeyri-mümkün olduğunu qeyd edən Elnur Fərzəliyevə görə, həmin ərazilərdə standartlara uyğun olaraq avtoparkinq, istirahət guşəsi, iaşə obyektləri və sair yaratmaq üçün yer yoxdur:

“Paytaxtda ən yaxşı, ən nümunəvi layihələrdən biri “Ağ şəhər”dir. Orada ərazi dövlət tərəfindən söküldü, insanlar köçürüldü, təmizlik işləri aparıldı və tikinti şirkətlərinə yalnız müəyyən olunmuş layihə üzrə tikinti işi aparılması üçün verildi. Burada təxminən 10-12 mərtəbəli yaşayış binaları tikilib. Tikinti müddətində binalararası məsafələr, normativlər tamamilə qorunub. Hazırda tikilən çoxmənzilli binalarda və həyət evlərində də normativlər mütləq şəkildə gözlənilməlidir ki, gələcəkdə Baş plan tam hazır olanda dövlət milyardlarla manat həcmində zərərə düşməsin”.

Gülşən Şərif

www.yenicag.az

899
Ads
www.veteninfo.com
!Reklam – Arxiv