!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın əsas problemlərinin MÜMKÜN HƏLLİ: “Baş planda nəzərdə tutulan başlıca işlər...”

!Reklam – Yazi

“Bakının mərkəzi, o cümlədən, ətraf ərazilərində nəqliyyat infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur”.

Bu fikirləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını əsas istiqamətlərini dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, paytaxtda planlaşdırılan dəyişikliklər, əsasən, nəqliyyat infrastrukturunun yenilənməsi üzərində qurulub:

“Ümumiyyətlə, həyata keçirilən hər hansı dəyişiklik inkişafa istiqamətlənir. Bakının yeni Baş planında nəzərdə tutulan başlıca işlər şəhərin mövcud problemlərinin araşdırılaraq onların həll yollarının tapılması prosesində müəyyən edilib.

Bakıda tıxacların və ictimai nəqliyyatda sıxlığın aradan qaldırılması, o cümlədən, digər problemlərin həlli üçün planlaşdırılan dəyişikliklər, əsasən, nəqliyyat infrastrukturunun yenilənməsi üzərində qurulub.

Yəni bu çərçivədə paytaxtın mərkəzi, o cümlədən, ətraf ərazilərində nəqliyyat infrastrukturunun genişləndirilməsi və sair məsələlərin həlli nəzərdə tutulur. Bununla yanaşı, planlanan dəyişikliklərdə şəhərin ekoloji durumu və yeni ekosistemin qurulması da yer alır”.

Nuray Məmmədzadə

www.yenicag.az

1993
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv