!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtın həllə qovuşdurulmayan TIXAC PROBLEMİ: Səbəb nədir və necə çözülməlidir? - ŞƏRH

!Reklam – Yazi

“Əsas hədəf ictimai nəqliyyatın davamlı inkişafı olmalıdır”.

Bu sözləri paytaxtda tıxacların aradan qaldırılması istiqamətində görülməsi vacib işlərdən danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, gələcəkdə bu istiqamətdə gələcəkdə çoxçeşidli ictimai nəqliyyatdan da istifadə etmək mümkündür.

“Bilirsiniz, bunu bir növ hansısa yaraya bənzətmək olar. Vaxtında müalicə etmədikdə xoşagəlməz fəsadlar verməyə başlayır. Bu fəsadları da artıq müşahidə etməkdəyik. Problemin ağırlaşması yönündə işlər aparılır. Bununla paralel, çıxış yolu axtarılır. Yəni aiddiyyəti qurumlar problemin qarşısını almaq istəsə də, digər qurumlar yeni problemlər yaradır. Məsələn, tikintiyə icazə verən qurumlar, yerli icra hakimiyyətləri, Fövqəladə Hallar Nazirliyi və digər qurumlar bunlara göz yumur. Bu da yol hərəkətinin təşkilinə çətinlik törədir. Çox təəssüf ki, bu proses bu gün də davam etməkdədir.

Bunun qarşısını almaq üçün müvafiq işlər aparılmalıdır. İlk olaraq, yol infranstrukturunu qorumaq lazımdır. Bunu mümkün olduğu qədər inkişaf etdirmək yerinə düşər. Amma əsas hədəf ictimai nəqliyyatın davamlı inkişafı olmalıdır. Bu nəqliyyat növünün çoxçeşidli növləri təşkil edilməlidir. Buna uyğun olaraq, elektrik qatarlarını kənar yollarla da olsa, istismara vermək olar. Həmçinin buraya tramvay xətlərinin bərpasını aid etmək olar ki, bu da hökumətin gələcək planlarında öz əksini tapmaqdadır. Buna paralel şəkildə xüsusi zolaqlarla elektrik avtobuslarının fəaliyyətini tətbiq etmək əlverişli üsul sayılır. Bu da Sovet dövründə mövcud olan trolleybusları əvəz edə bilər. Düzdür, o dövrdə trolleybuslar xüsusi “buynuzlar”la hərəkət edirdisə, indi texnologiyanın yeni imkanları sayəsində naqilsiz hərəkətini təmin etmək olar. Əsas olaraq mövcud avtobus şəbəkələri genişləndirilməli və inkişaf etdirilməlidir. Onların xüsusi zolaqlarda fasiləsiz hərəkəti təmin edilməlidir. Taksilərin sayının artmasına pandemiya dövrü səbəb oldu. Taksi şirkətləri qiymətləri endirimli etməklə insanları özünə cəlb edə bildi.

Sadalanan bu hədəflərə çatmaq üçün ciddi addımlar atılmalı, müvafiq işlər görülməlidir. Yolların genişləndirilməsinin əksinə, yol kənarlarında qanunsuz tikililərin qarşısını almaq daha məqsədəuyğundur”.

Yusif Səmədzadə

www.yenicag.az

430
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv