Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pedaqoji təcrübələr necə təşkil olunacaq?

Pedaqoji təhsil alan 4-cü kurs tələbələri üçün pedaqoji təcrübələrin təşkili ilə bağlı müəyyən təkliflər var.

Yenicag.az-ın məlumatına görə, bunu Azərbaycan Pedaqoji Universitetinin prorektoru Eldar Aslanov deyib.

Onun sözlərinə görə, yaza doğru karantin tədbirlərində yumşalmalara gediləcəyinə ümid edilir: “Əgər bu, baş tutarsa, bütün kursları olmasa da, 1 və 4-cü kursları tədrisə cəlb edəcəyik. Əgər bu, mümkün olmasa, başqa ssenariyə hazırlaşmaq məcburiyyətindəyik. Hazırda müxtəlif resurslarda onlayn dərslər aparılır. Biz Təhsil Nazirliyindən icazə istəyəcəyik ki, 4-cü kurs tələbələri həmin dərsləri ona mane olmamaq şərtilə müşahidə edə bilsinlər. Amma məktəbşünaslıq, məktəblə tanışlıq, idarəçilik və s. ilə bağlı məsələlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əməkdaşlıq şəraitində seçilmiş məktəblərdə pedaqoji təcrübəni təşkil edək”.

Loading...

www.yenicag.az

201