!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Pəhləvi sülaləsi ilə İranın indiki fars-molla rejimi bir medalın iki üzüdür” – Millət vəkili

!Reklam – Yazi

“İranın etnik tərkibində üstünlüyə malik olan Azərbaycan türklərinin milli hərəkatı genişlənib və bu prosesin geriyə yolu yoxdur”.

Bu fikirləri İranın devrilmiş şahının oğlu Rza Pəhləvinin İsrailə səfərinin mümkün məqsədlərini və nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Fəzail Ağamalı Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, mövcud şəraitdə Pəhləvi ilə əməkdaşlıq etmək İsrailin strateji maraqlarına uyğun gəlir və Tel-Əviv İranla mübarizədə bu faktordan yararlanmağa çalışır:

“Rza Pəhləvinin hansı şərtlərlə İsrailə dəvət edilməsindən asılı olmayaraq, o artıq həmin ölkədədir və yüksək səviyyədə qarşılanaraq rəsmi şəxslərlə görüşlər keçirir. İlk baxışda onu deyə bilərik ki, bu dəvətin əsas məqsədi Pəhləvinin imkanlarından yararlanaraq, İrana təzyiq göstərməkdir.

Eyni zamanda bu səfəri İranın fars-molla rejiminin süqutundan sonrakı mərhələ üçün Pəhləvinin hakimiyyətə gətirilməsi layihəsinin tərkib hissəsi kimi də qiymətləndirmək mümkündür. Xatırladım ki, Pəhləvi bundan əvvəl Münhen konfransına da dəvət olunmuşdu və orada da çox sayda görüşləri olmuşdu. Görünən budur ki, onun hakimiyyətə gətirilməsinə ciddi yanaşılır.

Ancaq nəzərə alaq ki, Pəhləvinin mümkün hakimiyyəti indiki fars-molla rejiminin astar üzündən başqa bir şey olmayacaq. Hər halda, Pəhləvi sülaləsinin dövründə də İranda əhalinin əksəriyyətini təşkil edən Azərbaycan türklərinə qarşı diskriminasiya siyasəti yürüdülürdü və soydaşlarımızın ana dili məişət səviyyəsinə düşürülmüşdü.

1979-cu ildəki İslam inqilabından sonra formalaşan fars-molla rejimi bu siyasəti daha da dərinləşdirdi. Yəni Pəhləvi sülaləsi ilə indiki rejim bir medalın iki üzüdür. Belə görünür ki, mövcud şəraitdə Pəhləvi ilə əməkdaşlıq etmək İsrailin strateji maraqlarına uyğun gəlir və Tel-Əviv İranla mübarizədə bu faktordan yararlanmağa çalışır.

Lakin Pəhləvi hakimiyyətə gəlsə belə, bu fakt İrandakı vəziyyəti dəyişməyəcək. Çünki İranda davam edən etiraz dalğası oradakı xalqların milli şüurunun xeyli yüksəldiyini göstərir. İranın etnik tərkibində üstünlüyə malik olan Azərbaycan türklərinin milli hərəkatı da genişlənib və bu prosesin geriyə yolu yoxdur. Güneyli soydaşlarımızın “Azadlıq, ədalət, milli hökumət” şüarı artıq Avropa paytaxtlarında da səsləndirilməkdədir. Məqsəd Güneydə müstəqil dövlətin qurulmasıdır və təbii ki, bu hərəkat Quzeydən də dəstəklənəcək”.

A.Zeynalov

www.yenicag.az

325
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv