!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirildi - FOTOLAR

!Reklam – Yazi

“Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, mərasimdə komandaların paradında Azərbaycan nümayəndə heyətinin üzvləri 42-ci keçiblər.

Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda təşkil olunan açılış mərasiminin paradında komandamızın şef de-missionu, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, məşqçi Aleksey Çetveruxin və Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvinsev iştirak ediblər.

Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

www.yenicag.az

578
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv