!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pəncərə şüşəsini sındırıb özünü kəsdi: Xəstəxanaya çatdırılsa da…

!Reklam – Yazi

Mayın 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən onun təhqir olunaraq döyüldüyünü bildirib və  kömək istəyib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Yenicag.az-a bildirib ki, müraciət ilə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A. Cabbarovun mübahisəni davam etdirklərini görüb. Bu zaman vətəndaş A. Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar.

Lakin A. Cabbarov öz aqressiv hərəkətlərini davam etdirib və polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib.

Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də,  əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin  və Respublika Baş Prokurorluğunun diqqətindərir, araşdırmalar davam etdirilir.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv