Reklam: High Technic
hightechnic

Penitensiar Xidmət və Tibb baş idarəsi əməkdaşlarının maaşı artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb baş idarəsinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edir.

www.yenicag.az

845