!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Penitensiar Xidmətin əsgəri özünü güllələdi

!Reklam – Yazi
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əsgəri intihar edib.

Yenicag.az xəbər verir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Report-a məlumatı təsdiqləyib.

O bildirib ki, mayın 31-də saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, əsgər, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib.

Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.yenicag.az

348
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv