!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pensiya “islahatı” xoreoqrafları da “VURDU”: “Hansı balerina 65 yaşa qədər səhnədə çıxış edə bilər?”

!Reklam – Yazi

“Əvvəllər rəqqasələr vaxtında təqaüdə çıxıb, illərlə səhnədə çəkdikləri əziyyətin haqqını alırdılar”.

Bu fikirləri Azərbaycanda balet ustalarının – baletmeyster və balerinaların təqaüd yaşının 40-dan 65-ə qaldırılmasınana etiraz edən Xalq artisti, tanınmış rəqqasə Təranə Muradova Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti balerinaların təqaüd yaşının 40-dan 65-ə qaldırılmasınanın yaratdığı problemlərdən danışaraq, əlaqədar qurumlara səslənib:

“Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdısa, indi bu yaş həddi 65-ə qaldırılıb. Xoreoqrafiya sənəti üçün bu yaş həddi çox böyük problemdir. Xoreoqrafiya üzrə hansı sənət adamı 65 yaşa qədər səhnədə çıxış edə bilər?

Bu problem həll olunmalıdır. Biz dəfələrlə bu məsələni gündəmə gətirmişik, əlaqədar qurumlara müracət etmişik. Hətta mərhum millət vəkili Qənirə Paşyeva da Milli Məclisin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı bu məsələni qaldırmışdı.

Lakin bir nəticə hasil olmadı. Balet rəqs növündə yaş artdıqca, işləmək çətinləşir, aktivlik azalır, müxtəlif zədələr yaranır. Onlar səhnədən çıxıb gedəcəklər, amma təqaüd almayacaqlar. Axı yaşlı insan balet oynaya bilməz. Əlaqədar qurumlar bu məsələyə diqqət yetirməlidirlər.

Əvvəllər qanun belə deyildi. Rəqqasələr vaxtında təqaüdə çıxıb, illərlə səhnədə çəkdikləri əziyyətin haqqını alırdılar. İndi onların vəziyyəti çox acınacaqlıdır. Bu sənət adamlarına “Sən artıq yaşlısan, onyanaya bilməzsən” deyəndə, həmin sənət adamları bilmirlər, hara getsinlər, harada işləsinlər.

Hamı baletmeyster, müəllim ola bilməz axı… Buna görə də sənətçi vaxtında səhnədən getməlidir ki, təqaüdünü də ala bilsin”.

Cəvahir

www.yenicag.az

920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv