!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pensiyalar necə hesablanacaq? - Dəqiq rəqəmlər açıqlandı

!Reklam – Yazi

“Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda 2022-ci il yanvarın 1-nə 2021-ci il üzrə Dövlət Statistika Komitəsinin (DSK) müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2022-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin indekslərşdirilməsi və 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulub”.

Yenicag.az xəbər verir ki, bunu ölkə başçısının “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli sərəncamını şərh edərkən iqtisadçı alim Qubad İbadoğlu deyib.

Qubad İbadoğlu bildirib ki, DSK-nın məlumatına görə, orta aylıq nominal əməkhaqqının illik artım tempi 3,4 faiz olduğu üçün əmək pensiyaları yanvarın 1-dən o səviyyədə indeksləşdiriləcək:

“İndeksləşdirmə nəticəsində indiyədək 250 manat pensiya alanların pensiyası 258 manat 50 qəpiyə, 300 manat pensiya alanların pensiyası 310 manat 20 qəpiyə, 350 manat pensiya alanların pensiyası 361 manat 90 qəpiyə çatdırılacaq. Bununla yanaşı qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla digər əmək pensiyaçılarına rübdə 50 manat (ayda 16,6 manat) əlavə ödəniş nəzərdə tutulub. Beləliklə də 250 manat pensiya alan ayda 275 manat 16 qəpik (258 manat 50 qəpik + 16 manat 66 qəpik), 300 manat pensiya alan ayda 328 manat 86 qəpik (310 manat 20 qəpik + 16 manat 66 qəpik), 350 manat pensiya alanlar 378 manat 56 qəpik (361 manat 90 qəpik + 16 manat 66 qəpik) alacaq”.

www.yenicag.az

1085
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv