!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pensiyaya çıxma şərtləri yumşaldılır - Bu şəxslərə müavinət veriləcək

!Reklam – Yazi

“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində bir sıra istiqamətlərdə vətəndaşların pensiyaya çıxma şərtlərinin yumşaldılması nəzərdə tutulub.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sözügedən layihənin müzakirəsində deyib.

Komitə sədri bu dəyişikliklərin qəbulundan 17-20 min vətəndaşın faydalanacağını və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcəyini bildirib.

Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə geniş məlumat verib. O, “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən ümumilikdə 10 maddə üzrə 40 dəyişikliyi deputatların diqqətinə çatdırıb.

Adil Vəliyev qanun layihəsində təklif olunan kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda, pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi, pensiyanın bir növündən digərinə keçidin, daha tez pensiyaya çıxma hallarının genişləndirilməsi kimi müddəalar barədə ayrı-ayrılıqda məlumat verib.

O, sonradan hərbi xidmətə qəbul edilmiş pensiyaçı hərbi rütbəli şəxslərin pensiyasının son təminat xərcliyinə görə yenidən hesablanaraq artırılması, ailə başçısını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, ailə başçısına şəhid statusu verildiyi tarixlə müraciət olunan tarix arasındakı müddət üzrə də pensiya məbləğinin ödənilməsi kimi dəyişikliklərin müsbət xarakterini vurğulayıb.

***

“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırılması məqsədilə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq müddəalarına mahiyyət və məzmun dəyişiklikləri təklif edilib.

Bunu Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sözügedən layihənin müzakirəsində deyib.

Bildirilib ki, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinətin digər sosial ödənişlərdən asılı olmayaraq təyin edilməsi, həmçinin, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinətin təyin olunması imkanı yaradılır.

Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı şöbə müdiri bildirib ki, məcəllənin 49-cu maddəsinin adını dəqiqləşdirməklə yanaşı, fiziki şəxs olan işəgötürənlə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi hallarının tənzimlənməsi məqsədilə hazırlanıb.

www.yenicag.az

3157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv