!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peqovun Xankəndi ilə bağlı CƏFƏNG İDDİASI: “Bu barədə hər hansı beynəlxalq razılaşma...” - ŞƏRH

!Reklam – Yazi

“Laçın yolu ilə bağlı beynəlxalq razılaşmanın olmadığı hər kəsə bəllidir və bu yoldan necə istifadə edəcəyi tamamilə Azərbaycanın daxili işidir. Buna heç kəs qarışa bilməz!”.
Bunu Rusiyalı bədnam bloger Semyon Peqovun Laçın yolu ilə bağlı sərsəm iddalarına münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Semyon Peqovun açıqlamasına iki kontekstdə yanaşmaq və münasibət bildirmək olar:

“Birinci kontekstdən yanaşsaq, onun jurnalist deyil, əraziyə təxribatçı kimi daxil olan şəxs olduğunun fərqinə vararıq. Çünki jurnalist işlədiyi ərazidə, yazdığı faktlar barədə özünün şəxsi mövqeyini sərgiləmir və tərəf tutmur. Tam əksi, mövzüya obyektiv və qərəzsiz yanaşır. Özünə jurnalist deyən şəxs yazısında açıq mövqe ortaya qoyursa, münaqişəli tərəflərdən birini pisləyib, digərini təşviq edirsə, bu, artıq jurnalist sənəti deyil.

Peqov 44 günlük müharibə zamanı da eyni mövqedən çıxış etdi. Qarabağa qanunsuz səfər edərək orada informasiya təxribatları törətdi. O, müəyyən qüvvələr tərəfindən ideoloji təxribat yaratmaq məqsədi üçün bölgəyə göndərildiyini öz fəaliyyəti ilə sübuta yetirdi.

Məsələyə ikinci kontekstdən yanaşsaq, Peqovun yazıda istifadə etdiyi faktların tamamilə yanlış olduğu qənaətinə gələrik. Belə ki, o, guya Azərbaycanın Laçın yolunu blokadaya alması ilə beynəlxalq razılaşmaları pozduğunu iddia edir. Lakin bu barədə hər hansı beynəlxalq razılaşmanın olmadığı haqda məlumatı yoxdur. Laçın yolu ilə bağlı beynəlxalq razılaşmanın olmadığı hər kəsə bəllidir və bu yoldan necə istifadə edəcəyi tamamilə Azərbaycanın daxili işidir. Buna heç kəs qarışa bilməz!

Əlavə olaraq Peqov Qarabağın beynəlxalq ictimaiyyət tərəfindən Ermənistan torpağı kimi tanınması ilə bağlı əsassız iddia səsləndirib. Bu faktın özü də yanlışdır. Qarabağın beynəlxalq miqyasda Azərbaycan ərazisi kimi tanınması hər kəsə məlumdur. Ermənilərin burada dövlət yaratmaq, yaxud status almaq kimi hüquqları yoxdur.

Beləcə, faktların sayını çoxaltmaq olar. Sadalanan amillər Semyon Peqovun fəaliyyətində beynəlxalq rəsmi sənədlərə istinad etmədiyini göstərir. O, yalnız özünün şəxsi mülahizələrini qeydə alıb. Məsələyə hər iki kontekstdən yanaşdıqda onun haqsız davrandığı açıq-aşkar ortadadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

376
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv