Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Pərakəndə satışda 4 min manatlıq LİMİT: "Bu dəyişiklik gülməlidir" - REAKSİYA

“İndiyə kimi belə bir limit mövcud deyildi”.

Bu sözləri “Nağdsız hesablaşmalar haqqında” Qanuna edilən dəyişikliyə əsasən, alış-verişdə nağd hesablaşmalarda 4 min manatlıq limitin tətbiq olunmasını dəyərləndirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, nəzərdə tutulan dəyişiklikdə əsas məqsədin nədən ibarət olduğu naməlumdur və məntiqli görünmür:

“Qəbul olunan qərar pərakəndə ticarətə aiddir. Lakin Milli Məclisin saytında bu rəqəm 4000 manat deyil, 2000 manat qeyd olunub. Ola bilər ki, 4000 manat son variantdır. İndiyə kimi belə bir limit mövcud deyildi. Bu qərar yeni ildən etibarən bir yenilik kimi həyata keçiriləcək. Qanuna görə, vətəndaş bir dəfəyə 4000 manatdan artıq nağd alış-veriş edə bilməz. Limitdən artıq alış-verişi ancaq kartla etmək mümkündür. Maraqlıdır ki, istisna hallar da var. Məsələn, mebel və məişət texnikası üçün tətbiq olunan limit 10 000 manatdır. Əslində, bu dəyişiklik gülməlidir. Hansı vətəndaş marketdən 2000 və ya 4000 manatlıq alış-veriş edir ki?! Bu qaydanın mahiyyəti tam olaraq başadüşülən deyil”.

Gülşən Şərif

www.yenicag.az

826
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100