!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Perunun baş naziri qalmaqal fonunda istefa verdi

!Reklam – Yazi

Peru Nazirlər Şurasının sədri Alberto Otarola Baş Prokurorluğun ona qarşı qohumbazlıqda şübhəli bilinərək ilkin istintaqa başlamasından sonra istefa verib.

“Bu gün respublika prezidenti ilə söhbət zamanı mən ona Nazirlər Şurasının sədri vəzifəsindən istefa vermək qərarım barədə məlumat verdim”, – deyə Otarola bildirib.

Onun sözlərinə görə, o, bu qərarı ona görə verib ki, dövlət başçısı Dina Boluarte hökumətdə kadr dəyişikliyi aparsın. Otarola yenə də günahsız olduğunu qeyd edib. “İşə qəbulla bağlı heç bir qanun pozuntusu, sövdələşmə və ya tərəfkeşlik olmayıb”, – deyə keçmiş sədr qeyd edib.
Mənbə: TASS

www.yenicag.az

97
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv