!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pərviz Müşərrəf edam edilməyəcək - Hökm ləğv edildi

!Reklam – Yazi

Pakistanın sabiq prezidenti Pərviz Müşərrəf barəsində edam hökmü ləğv edilib.

Yenicag.az xəbər verir ki, Lahor Ali Məhkəməsi keçmiş prezident P. Müşərrəf barəsində çıxarılan ölüm hökmünü ölkə konstitusiyasına zidd olduğunu elan edərək ləğv edib.

Qeyd edək ki, ötən ilin dekabrında paytaxt İslamabadda keçirilmiş xüsusi məhkəmənin qərarı ilə P. Müşərrəf barəsində edam hökmü çıxarılıb. 2007-ci ildə konstitusiyanı müvəqqəti dayandıraraq ölkədə fövqəladə hal elan etdiyi üçün P. Müşərrəfə qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Hazırda BƏƏ-də yaşayan P.Müşərrəf barəsindəki dövlət xəyanət ittihamına dair dekabrın 27-də Lahor Ali Məhkəməsinə apellyasiya şikayəti vermişdi.

Dekabrın 17-də Pakistan Xüsusi Məhkəməsinin 76 yaşlı P.Müşərrəfi dövlətə xəyanətdə təqsirli bilərək edam cəzasına məhkum etməsi xəbəri yayılmışdı.

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv