!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Peşəkarları küncə sıxışdıran KİNO NEPOTİZMİ: “Düşünür ki, kənardan aktyor dəvət edincə…”

!Reklam – Yazi

“Bəzən də üz-üzdən utanır deyə, onların təklifindən imtina edə bilmirlər”.

Son vaxtlar sənət cameəsində ən çox müzakirə olunan mövzulardan biri də təhsili, aktyorluq təcrübəsi olmayan sosial şəbəkə “fenomen”lərinin, eləcə də “küçədən keçən” təsadüfi şəxslərin serial və filmlərə dəvət edilməsidir. Hətta tanınmış aktyorlar da həmin insanların seriallarda rol alması səbəbindən peşəkarların kənarda qalmasından narazılıqlarını sərt formada ifadə edirlər.

Müzakirə çevrəsi genişlənən bu mövzu ilə bağlı fikirlərini Yenicag.az-a açıqlayan rejissor Namiq Ağayevin fikrincə, belə bir vəziyyətin yaranmasının ciddi səbəbləri var. O, ilk növbədə filmə ayrılan maliyyənin həcminin burada əsas rol oynadığını deyib:

“Kommersiya kino bazarının ilkin inkişaf mərhələsindəyik. Buna görə də bloqerlər vasitəsi ilə filmlərin piarını gücləndirmək istəyirlər. Qeyri-peşəkarların çəkilməsi də birbaşa büdcə ilə əlaqəlidir.

Çünki peşəkar və tanınmış aktyorlar həddən artıq aşağı qonorara çəkilmək istəmirlər. Dostluq, qohumbazlıq, tanışlıq da burada rol oynayır. Rejissor fikirləşir ki, kənardan aktyor dəvət edincə, elə öz qohum-əqrəbamı, dostlarımı çəkim.

Bəzən də üz-üzdən utanır deyə, onların təklifindən imtina edə bilmirlər. Qaldı ki təhsil məsələsinə, əlbəttə, təhsil vacibdir. Ancaq təhsil almasa da, fitri istedadı olan aktyorlar da az deyil.

Elə aktyorlar üçün realizə proqramları var və o, öz üzərində çalışır, internet vasitəsi ilə dünya aktyorluq məktəbindən bəhrələnir. İnsan fərdi qaydada çalışaraq özünü yetişdirə bilər. Çox olmasa da, belə nümunələri görmüşük”.

Tanınmış rejissor Kənan M.M isə serial və filmlərdə baş rollara qeyri-peşəkar aktyorların çəkilməsinə qarşı çıxdığını bildirib:

“Baş rollara qeyri-peşəkarların çəkilməsinin tərəfdarı deyiləm. Əsas rolları mütləq peşəkarlar oynamalıdır”.

Cəvahir

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv