!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peskov Ərdoğanla Putinin baş tutacaq görüşü barədə danışdı

!Reklam – Yazi

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan görüşün yeri və tarixi ilə bağlı yaxın vaxtlarda qərar qəbul etmək barədə razılığa gəliblər.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında deyib.

“Putin və Ərdoğan birincisi, bu görüşün harada keçiriləcəyi, ikincisi, vaxtı barədə yaxın gələcəkdə dəqiq qərar vermək barədə razılığa gəliblər. Bütün bunlar diplomatik kanallar vasitəsilə həyata keçiriləcək”, – Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, liderlərin görüşü Türkiyə ərazisindən kənarda baş tuta bilər.

“Görüş yerinin Türkiyə ərazisində olması mütləq deyil. Prezidentin özünün Sankt-Peterburqda keçirdiyi mətbuat konfransında dediyi kimi, indi onun ölkədə olması vacibdir. Ona görə də hər hansı səfərlər etmək onun üçün çətindir”, – Peskov vurğulayıb.

O, əlavə edib ki, Putin və Ərdoğan arasında planlaşdırılan görüşün gündəmində Ukrayna və taxıl müqaviləsi olacaq./Oxu.az/

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv