!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peskov Qriqoryanın ittihamlarını RƏDD ETDİ

!Reklam – Yazi

Rusiya Qarabağdakı sülhməramlıların fəaliyyətinə görə qınaqları qəbul etmir.

Yenicag.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Siyasətçi qeyd edib ki, Rusiyaya qarşı bu cür ittihamlar tamamilə əsassızdır: “İttihamlar heç nəyə əsaslanmır. Buna baxmayaraq, biz erməni tərəfi ilə əlaqələrimizi davam etdiririk”.

O, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sözlərini şərh edərkən bildirib ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin ayrılmaz hissəsi kimi tanıyıb: “Hazırda bütün bunlar bir sıra müddəaları əhəmiyyətli dərəcədə dəyişib və biz özümüzə qarşı belə qınaqları qəbul etmirik, xüsusən də Ermənistan tərəfinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə qərarı olduğu üçün. Təbii ki, indi söhbət Azərbaycan Respublikasının öz ərazisindəki fəaliyyətindən gedir.

Əsgərlərimiz sxolastika ilə məşğul olmur, konkret işlər görür, sülhməramlı rolunu oynayır, mülki əhaliyə, xüsusən də uşaqlara kömək edir, onları təhlükəli zonalardan təxliyə edirlər. Bu iş gecə-gündüz davam edir”.

www.yenicag.az

182
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv