!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Peskovdan Bakı və İrəvanın danışıqlar platforması üçün təklifə REAKSİYA

!Reklam – Yazi

“Moskva Azərbaycan və Ermənistan arasında vəziyyətin həlli üçün çox mühüm vasitəçi olaraq qalır, bu ölkələr arasında danışıqların Rusiya platformasında aparılması məntiqli olardı”.

Yenicag.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

“Siz (Rusiya Prezidenti Vladimir Putinin) sözlərini eşitdiniz, biz öz platformamızı təqdim etməyə hazırıq. Moskva Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanmasının yekunlaşdırılması üçün çox vacib vasitəçi olaraq qalır”, – deyə Kreml nümayəndəsi bildirib.
Xatırladaq ki, bu gün Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir. Tədbirdə Rusiya Prezidenti Vladimir Putin Moskvanın Bakı və İrəvan arasında danışıqları təşkil etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, dialoq nazirlər səviyyəsində baş tuta bilər.

Mənbə: TASS

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv