!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pifaqor teoremi plagiat ÇIXDI

!Reklam – Yazi

Rutgers Universitetinin amerikalı riyaziyyatçısı Bruce Ratner hesab edir ki, Pifaqor məşhur teoremin müəllifi deyil.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, riyaziyyatçı bununla bağlı araşdırma aparıb.

Tədqiqatçının sözlərinə görə, Yale Universitetində eramızdan əvvəl 1800-1600-cü illərə aid gildən hazırlanmış Babil lövhəsi var. Sözügedən teorem həmin lövhədə qeyd olunub. Bundan 1000 il sonra – eramızdan əvvəl 570-490-cı illərdə Pifaqor yaşayıb və o bu teoremindən istifadə edib.

“Pifaqor teoreminin Pifaqorun anadan olmasından 1000 il əvvəl Babil riyaziyyatçıları tərəfindən kəşf edildiyini və sübut edildiyini mübahisəsiz olaraq göstərən konkret sübutlar var. Daha doğrusu, o, sadəcə olaraq bunu populyarlaşdırıb, bu da onun elmə olan xidmətlərinə heç bir xələl gətirmir”, – Ratner vurğulayıb.

Pifaqorun əsərləri dövrümüzə qədər gəlib çatmayıb. Alim hesab edir ki, Pifaqorun tələbələri bu teoremin müəllifliyini ona aid ediblər.

Qeyd edək ki, məşhur teorem – “Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir” qaydasından ibarətdir./unikal

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv