!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pilot 83 sərnişinin olduğu təyyarəni qəzaya uğratmağa CƏHD ETDİ

!Reklam – Yazi

ABŞ-də göyərtəsində 83 sərnişinin olduğu təyyarəni qəzaya uğratmağa cəhd edən pilot saxlanılıb.

Yenicag.az xəbər verir ki, 44 yaşlı pilot Cozef Emerson 83 adamı öldürməyə cəhddə (təyyarədə olan sərnişinlərin və ekipaj üzvlərinin sayına görə) ittiham edilib. O, Everettdən (Vaşinqton ştatı) San-Fransiskoya uçarkən təyyarənin mühərriklərini söndürməyə çalışıb.

Təyyarə kruiz hündürlüyünə çatanda Emerson qəflətən ayağa qalxıb və mühərriklərdə yanacaq təchizatı sisteminin qolunu çəkərək bağlayıb. Mühərriklərdə qalan yanacaq və pilotların sürətli reaksiyası sayəsində faciənin qarşısı alınıb.

Qeyd edək ki, həmin gün pilot vəzifədən kənarda idi və pilotların arxasında oturmuşdu.

Daha sonra pilotlardan biri dispetçerlərə xəbər verib: “Mühərrikləri söndürməyə çalışan oğlanı salondan çıxardıq”.

Hadisənin motivləri araşdırılır.

Xuraman Etibarlı

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv