!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pilotun SƏHVİ: Çaşaraq təyyarəni donmuş çaya endirdi - FOTO/VİDEO

!Reklam – Yazi

Rusiyada pilotlar çaşaraq uçuş-enmə zolağı əvəzinə donmuş çaya eniblər.

Yenicag.az xəbər verir ki, hadisə Yakutiyanın Zıryanka hava limanında baş verib. “Yakutsk-Zıryanka-Srednekolımsk-Yakutsk” reysini həyata keçirən təyyarə uçuş-enmə zolağından çıxaraq Kolıma çayına enib.

Pilotlar hava şəraiti ilə əlaqədar uçuş-enmə zolağını görə bilməyiblər. Pilotun səhvi ucbatından An-24 modeli olan ağır təyyarə donmuş çaya oturub.

Təyyarədə olan 34 nəfərdən heç biri xəsarət almayıb.

Bu hadisə sərnişinlər və ekipaj üzvlərini qorxutsa da, bu, onlar üçün əsl sınaq olub. Onlar ən pis yuxularında belə təsəvvür edə bilmədikləri çətin bir vəziyyətə düşüblər. Amma təsadüfi şans  sayəsində hər şey yaxşı bitib.

Baş verənlərin səbəblərini öyrənmək üçün yerli İstintaq Komitəsi və Federal Hava Nəqliyyatı Agentliyi araşdırma aparır. İlkin ehtimala görə, fövqəladə vəziyyətə ekipajın səhvi səbəb olub.

Təyyarədə 2 uşaq və 4 ekipaj üzvü olmaqla 30 sərnişin olub.

Xuraman Etibarlı

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv