!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pirşağı çimərliyi belə hasarlandı-Foto

!Reklam – Yazi

108625_res_01Abşeronun Pirşağı qəsəbəsindəki dəniz sahilində çəkilən fotolar yenə də müzakirələrə səbəb olub.

Həmin şəkillərdə dəniz sahilinə yaxın ərazidə villaların tikildiyi, çəpərlərin cəkildiyi aydın görünür.

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektoruna aid sahil zolağında qanunsuz tikililər məsələsi uzun müddət ictimaiyyətin müzakirə mövzusu olub. Amma buna baxmayaraq, qanunsuz tikintilər davam edir, baxmayaraq ki, bu məsələ hətta ən yüksək səviyyələrdə, hətta Milli Məclisin iclaslarının gündəliyinə daxil olub, Bakı şəhər meri Hacıbala Abutalıbov “söküləcək” vədini verib.

Qeyd edək ki, mərhum dövlət başçısı Heydər Əliyevin 2003-cü ilin yanvarın 13-də Xəzər sahillərində şəxsi evlərin və obyektlərin tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadəyə dair bir sıra tədbirlər haqqında” imzaladığı sərəncama əsasən, Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyətləri, həmçinin Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz, Xızı, Neftçala, Salyan, Lənkəran, Masallı və Astara rayon icra hakimiyyətləri Xəzər dənizi sahillərində 130 metrlik məsafədə tikilən obyektləri sökməli idilər. Yəni adları çəkilən qurumlar Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların qanunvericiliklə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etməli idilər. Amma bu proses nəinki baş tutmadı, əksinə günü-gündən dəniz sahilindəki tikililər davam edir.

Onu da yada salaq ki, Heydər Əliyevin 2003-cü ilin avqustun 4-də imzaladığı “Azərbaycan Respublikasında Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Xəzər dənizinin sahillərinin 80-130 metrliyi dövlətə məxsusdur. Amma son illərdə dəniz sahillərinin müəyyən hissəsinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən zəbt edilməsi, həmin ərazilərdə hasarların tikilməsi, villaların və digər obyektlərin inşası və digər neqativ hallar hələ də ictimai narazılığı artırmaqdadır(ann.az).

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv