!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pis hava şəraitində taksi qiymətlərinin artırılmasına QADAĞA QOYULACAQ

!Reklam – Yazi

Rusiyada pis hava şəraitində taksilərin qiymətlərinin artırılmasına qadağa qoyulması təklif olunub.

Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bildirilir ki, Dövlət Dumasının deputatları Aleksey Qovırin və Vitali Milonov pis hava şəraitində taksi xidmətlərində qiymət artımının məhdudlaşdırılması təklifi ilə çıxış ediblər.

Onlar limit tətbiq etməyi təklif edirlər, yəni adi dəyərin maksimum 20%-i.

“Qarlı havada taksi tətbiqlərində əmsalların hesablanması normal şəraitdə gedişin normal dəyərinin 20%-dən çox olmamalıdır. Onda qiymət istehlakçı üçün az-çox normal olacaq və sürücü də ziyana düşməyəcək”, – deyə Aleksey Qovırin bildirib.

Vitali Milonov deyib ki, insanlar əmin olmalıdır ki, on kilometr məsafəyə səyahətin konkret həddi qiymətdən baha olmayacaq. Deputatın fikrincə, bu mexanizmi qanunvericilik baxımından korrektə etmək lazımdır.

Bundan əvvəl Dövlət Dumasının dinamik taksi tariflərini dəyişmək istədiyi bildirilib.

Xuraman Etibarlı

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv