!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pisləşməyə doğru gedən Rusiya-İran MÜNASİBƏTLƏRİ: "Moskvanın cavabı Tehranı qane etmədi"

!Reklam – Yazi

Rusiyanın cavabı İranı qane etməyib.

Yenicag.az xəbər verir ki, bu barədə İran xəbər agentliyi İRNA xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya səfirinin hökumətinin adından verdiyi açıqlamalar Tehranı razı salmayıb.

“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldıqdan sonra Rusiya hakimiyyət orqanlarından açıqlamalar olub, lakin biz onları kifayət hesab etmirik. İranın ərazi bütövlüyü ilə bağlı Rusiya tərəfindən və ya hər hansı digər tərəfdən bu prosedurun təkrarlanmasına dözməyəcəyik”, – XİN rəhbəri deyib.

Xatırladaq ki, iyulun 10-da Moskvada Rusiya ilə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası arasında strateji dialoqun iclası keçirilib.

Rusiya Federasiyasının birgə bəyanatında İranın Fars körfəzində 3 adaya sahib olmasına şübhə ilə yanaşması İslam Respublikasının mənfi reaksiyasına səbəb olub.

Bununla əlaqədar İran parlamentinin sədri Rusiyanın İran xalqının qırmızı xətlərinə hörmət etməli olduğunu bəyan edib.

İran Milli Təhlükəsizlik Komissiyasının nümayəndəsi isə Rusiyanı İrandan üzr istəməyə çağırıb.

Məsimə

www.yenicag.az

329
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv