!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Piyada ölümünü artıran YOL QƏZALARI: Məsuliyyətsiz piyada, nasaz avtomobil, səhv yol nişanları...

!Reklam – Yazi

Son 11 ayda Bakı küçə və prospektlərində ölənlərin (191 nəfər) təxminən 64 faizi (122 nəfər) piyadalardır. 

Ekspertlərə görə, bu halın yaşanmasındakı səbəbi məhz piyada və sürücülərin məsuliyyətsiz davranışında, qaydalara biganə münasibətində axtarmaq yanlışdır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında bildirib ki, əksər yol qəzalarının başlıca səbəbi yol nişanlarının düzgün yerləşdirilməməsi və təhlükəsizliklə bağlı qaydalara əməl olunmamasıdır:

“Əslində yol təhlükəsizliyində avtomobil, mühit və sürücü əsas elementlərdir. Bu elementlərdən biri və ya bir neçəsində nöqsan olarsa, yol qəzası qaçınılmazdır. Yol qəzalarına səbəb olan digər amillərə yağışlı hava, yolların işıqlandırılmaması, piyadaların məsuliyyətsiz davranışları, avtomobillərin nasaz olması və ya istismarına icazə verilməməsi, sürücünün yorğunluq dərəcəsi daxildir.

Bütövlükdə piyada ölümlərinin qarşısını almaq üçün əsasən profilaktik tədbirlərdən istifadə edilə bilər. Yəni, yolun təhlükəsizliyinə mane olan nöqsanlar aradan qaldırılmalıdır. Xüsusilə də nişanlar və yol ötürücüləri düzgün yerdə təyin olunmalıdır. Həmçinin əksər küçələrdə səkilər salınmalı və ya hərəkət üçün yararsız olan səkilər bərpa olunmalıdır.

Avtomobillərin faktiki sürətinin yüksək olduğu, xüsusən də çoxzolaqlı yollardakı piyada keçidlərinin siqnallaşdırılmasındakı çatışmazlıqlar aradan qaldırılmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv