Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

PKK lideri öldürüldü

83170PKK terror təşkilatının üç liderindən biri olan Bahoz Erdal Suriyanın Kobani şəhərində öldürülüb.
Bu barədə İŞİD-ə yaxın saytlar məlumat yayıb.

Bildirilir ki, Bahoz Erdal Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin yaraqlılarına mənəvi dəstək vermək və müqaviməti gücləndirmək üçün Şimali İraqdan Kobaniyə gəlib. O, şəhərin “Azadi” meydanında olarkən qəfildən İŞİD yaraqlılarının hücumuna məruz qalıb. Basqın nəticəsində üzü parçalanan Bahoz Erdal həlak olub. PKK-ya yaxın saytlara bu barədə yazmamaq göstərişi verildiyi vurğulanır.

Qeyd edək ki, əsl adı Fehman Hüseyn olan Bahoz Erdal 1969-cu ildə Suriyada doğulub. Dəməşqdə tibb təhsili alıb. Abdullah Öcalanın həbsindən sonra Murad Karayılan və Cəmil Bayıkla birlikdə PKK-ya rəhbərliyi ələ keçirib. (apa.az)

www.yenicag.az

294