!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

PKK terroru və Ərdoğanın “müqəvvası”: İsveç və Finlandiya “NATO yolu”nu necə bağlayırlar?

!Reklam – Yazi

NATO üzvlüyünə namizəd olan İsveç və Finlandiya parlamentlərinin spikerlərinin Türkiyəyə səfəri baş tutmayacaq.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İsveç və Finlandiya parlamentlərinin spikerləri Andreas Norlen ilə Matti Vanhanenin ölkəyə səfər dəvətini ləğv edib.

Məlumata görə, dəvətdən imtinaya səbəb terrorçu PKK-nın dəstəkçisi olan “Rujav Komitəsi”nin İsveçin paytaxtı Stokholmda təşkil etdiyi aksiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “müqəvva”sının yandırılmasıdır.

Vanhanen səfərin ləğv olunması ilə bağlı açıqlamasında bunları deyib:

“Biz Türkiyəyə İsveçin hökumət təyyarəsi ilə uçacaqdıq. Ancaq dəvətin geri götürülməsindən sonra mənim də Türkiyəyə gedişim texniki baxımdan artıq mümkün deyil”.

Olaya münasibət bildirən İsveçin Baş naziri Ulf Kristersson isə məlum təxribatı “fövqəladə dərəcədə ciddi akt” kimi qiymətləndirib və baş verənləri ölkəsinin NATO üzvlüyünə qarşı sabotaj adlandırıb.

www.yenicag.az

320
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv