!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Plana düşən evlərin sahəsinin ÖLÇÜLMƏSİ: “Yaranan narazılıqların əsas səbəbi vətəndaşların…”

!Reklam – Yazi

“Reallıqda fərdi yaşayış evlərinin faktiki sahəsi çıxarışda göstəriləndən daha çox olur”.

Bu fikirləri plana düşən evlərin sahəsinin qiymətləndirilməsi prosesində vətəndaşlarla tikinti şirkətləri arasında yaranan narazılıqların səbəblərini şərh edən əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, reallıqda fərdi yaşayış evlərinin faktik sahəsi çıxarışda göstəriləndən daha çox olur:

“Bakıda hansısa ərazi plana düşəndə, sakinlər və söküntünü həyata keçirən şirkətlər arasında hər zaman müəyyən anlaşılmazlıqlar olur. Adətən, evlərin sahəsinin təyin olunması və təyin olunan ölçünün qiymətləndirilməsində əksər vətəndaşlar nəticədən narazı qalır.

Xüsusilə də fərdi yaşayış evləri sökülərkən belə problemlər ortaya çıxır. Yaranan narazılıqların əsas səbəbi vətəndaşların sahəni daha çox rəsmiləşdirmək istəyi, tikinti şirkətlərinin isə hesablamaları real vəziyyətə uyğun aparmaq israrıdır. Vətəndaşlar eyvan sahəsini də ümümi ölçüyə daxil edilməsini istəyirlər və sahənin çöl hissədən hesablanmasını tələb edirlər.

Reallıqda fərdi yaşayış evlərinin faktiki sahəsi çıxarışda göstəriləndən daha çox olur. Buna səbəb müəyyən hissələrin sonradan artırılması və əlavə tikililərlə bağlı məsələlərdir. Tikinti şirkətləri real vəziyyətə uyğun ölçmə işlərini həyata keçirməli və müqavilə bağlanarkən sakinlərə faktik sahədən 20 faiz artıq sahəni əhatə edən mənzil verməlidirlər.”.

Nuray Məmmədzadə

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv