!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Planet “Parni İz Baku”nun konsertində kimlər hədəf oldu? - FOTOLAR

!Reklam – Yazi

“Planet “Parni İz Baku” KVN teatrının komandası Heydər Əliyev Sarayında “Nataşa, tı prişol?” adlı konsert proqramını təqdim edib.

Yenicag.az xəbər verir ki, ənənəvi olaraq müxtəlif parodiyalar və kəskin satiralarla bol olan konsert proqramı anşlaqla müşayiət olunub.

Bakı meri Hacıbala Abutalıbovun parodiyası hər zaman olduğu kimi zalda böyük maraqla qarşılanıb. Səhnəciklərdə tanınmış aparıcılar Zaur Kamal, Hacı Nuran, müğənnilərdən əməkdar artist Aygün Bəylər, azəri qızı Günel və digər sənətçilərlə bağlı parodiyalar təqdim olunub. Satiradan istifadə edən komanda sətiraltı ismarışları ilə maraq doğurub.

Gülüş gecəsində “KVN” çilər tamaşaçıların suallarını cavablandırıb.

Yenicag.az-ın “Mərhum babanız, görkəmli bəstəkar Süleyman Ələsgərov “Az Tv ilə” adlı satiradolu səhnəciyi görəndən sonra siz qardaşlara reaksiyası necə olardı?” sualını Tahir İmanov belə cavablandırıb: “Cavabımızda yumor olmayacaq.  Onu deyə bilərəm ki, hər zaman o, bizi dəstəkləyib”.

Əməkdar artist Tahir İmanov etiraf edib:

“Bir nəfər mənə sual verdi ki, hər dəfə konsertlərinizdə vətənə olan sevgidən danışırsınız. Əgər bu qədər sevgi varsa, niyə cəmiyyətdə olan nöqsanlardan söz açırsınız, neqativ nəsə axtarırsınız? Ona dedim ki, bəli ölkəmizi sevirik. Bu həyatda hər birimizin sevdiyi insanlar var. Əgər kiminsə övladı böyüklərin qarşısında özünü nalayiq aparırsa, o zaman valideynləri bunun düzgün hərəkət olmadığını ona başa salır. Çünki onlar, bu dünyada övladını hamıdan çox istəyir. Əgər sevməsəydi susardı. Eləcə də biz Azərbaycanı istəyirik, sevirik, onun üçün canımızı verərik. İstəməsəydik, sevməsəydik və canımız yanmasaydı düşmənlərimiz kimi nöqsanlara sevinər və bunlara göz yumardıq”.

Konsertin sonunda tamaşaçılar KVN teatrını ayaqüstə alqışlayıb.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

8367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv