!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Planetin ən dəbli insanı seçildi - FOTOLAR

!Reklam – Yazi

Fələstin-Niderland əsilli amerikalı supermodel Bella Hadid GQ tərəfindən planetin ən dəbli insanı seçilib.

Bildirilir ki, 26 yaşlı supermodel nə geyinməsindən asılı olmayaraq  hər zaman dəbli görünə bilən azsaylı məşhurlardandır. Bununla belə, ekspertlərin fikrincə, kişi kolleksiyalarından olan əşyalar Bellaya daha çox yaraşır.

Reytinqdə həmçinin Timoti Şalame, “Tyler, the Creator”, Harri Stayls, Zendaya, Kid Kadi, Castin Biber, “Lil Nas X”, Emma Korrin, Çon Xo Yon, Lyuis Hemilton, Ostin Batler, Zoi Kravits, Yasmin Finni, “G-Dragon”, Adam Sendler, Ceyden Smit, Evan Mok, Lakit Stenfild, Deniel Kaluya, Dominik Kalvert-Lyuin, Florens Pyu, Glliot Peyc, Brett Gelman, “Lizzo”, Dua Lipa, Tomas Doerti və Kris Paynın adları var.

Qeyd edək ki, Bella 2019-cu ildə dünyanın ən gözəl qadını seçilib. Həmin vaxt Kosmetik və Plastik Cərrahiyyə Mərkəzinin rəhbəri doktor Culian De Silva “qızıl nisbət” qaydasına görə supermodelin üzünü ən mütənasib hesab edib.

www.yenicag.az

156
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv