!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Plastik əməliyyata qarşı çıxan Rasim Balayevə Zarinadan DƏSTƏK: “Hamısı at balaxanıma oxşayır”

!Reklam – Yazi

“Hamısı bir-birinə bənzəyir; “kəpənəkağız”, “balıqqulağı dodaq”… Onların halına acıyıram”.

Bu sözləri Xalq artisti, tanınmış aktyor Rasim Balayevin plastik əməliyyat etdirən aktrisalarla bağlı söylədiyi “Sifətlərini itiriblər, dodaq, üz əyilir, bu, nəyə lazımdır?!” tənqidi fikirlərinə cavab olaraq aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Xalq artistinə dəstək verən Zarina vəziyyətin acınacaqlı olduğunu bildirib:

“Rasim Balayev düz deyir, hazırkı vəziyyət çox acınacaqlıdır. Söhbət həm üzdə olan sənət adamlarından, həm də adi xanımlardan gedir. 16-17 yaşlı qızlar yanaq, dodaq dolğusu etdirir. Bu prosedurları eyni həkim etdiyi üçün hamısı da bir-birinə bənzəyir; “kəpənəkağız”, “balıqqulağı dodaq”… Onların halına acıyıram. Başa düşmürəm, onların valideynləri hara baxır? İstər müğənni, istərsə də aktrisa və aktyorlara gəlincə, dünya sənətçiləri ilə müqayisə edək. Məgər onların pulu yoxdurmu, bu əməliyyatları etdirsinlər? Sadəcə etdirmirlər. Çoxunun üzündə qırışları da var. Dodaqları da təbiidir”.

Aktrisa estetik əməliyyatların əleyhinə olmadığını, sadəcə olaraq, bu əməliyyatların dəb xarakteri daşıdığı üçün həddin aşıldığını bildirib:

“Mən üzə prosedurların edilməsinə pis baxmıram, sadəcə olaraq, dəb xatirinə bunu edənlərdən söhbət gedir. Baxırsan aktrisadır, yanaq, dodaq şişirdilib, üz-göz dartılıb, burun kəsilib… Mənim də burnum estetik əməliyyat olunub, amma qədərində olduğu üçün bunu nəinki tamaşaçı, heç doğmalarım belə hiss etmir. Amma indi çox iyrənc bir durum yaranıb. Bu yaxınlarda bir layihəylə bağlı Mədəniyyət və İncəsənət Universitetinə getmişdim. Baxdım ki, 19-20 yaşlı tələbə qızların çoxunun dodağı, yanağı şişirdilib, göz dartılıb, at balaxanıma oxşayırlar. Bəs onlar 30-40 yaşa çatanda neyləyəcək. Dərd burasındadır ki, bu vəziyyət davam edir, bunu bir durduran yoxdur. İnşallah ki, dünya trendində sadəlik dəbə düşər, o trenddən bizim dəb arxasınca qaçan o xanımlar da yararlanar.

Bizim aktrisalar da “danq” edər ki, bunlar kamera qarşısındadırlar və bunu etmək düzgün deyil. Baxım etmək başqa, dodaq şişirtmək, göz dartdırmaq, yanaq qoydurmaq, diş ağartmaq başqa”.

Cəvahir

www.yenicag.az

864
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv