Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Plastik tullantıların toplanması üçün 136 konteyner yerləşdirildi

Plastik tullantıların ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində plastik qabların toplanması və çeşidlənməsi üçün 37 şəhər və rayonda 136 konteyner yerləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Yenicag.az-a bildiriblər ki, təşəbbüsə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, sahibkarlar və iri sənaye müəssisələri də qoşulub.

Hazırda ETSN-in plastik tullantıların idarə edilməsi və polietilen məmulatlardan istifadənin azaldılması ilə bağlı həyata keçirdiyi tədbirlər davam etdirilir.

Nazirlik təmiz bir mühitdə yaşamaq naminə həyata keçirilən bu təşəbbüsə dəstək verən hər bir vətəndaşa təşəkkür edir və ictimaiyyəti bu cür aksiyalarda fəal olmağa çağırır. Gəlin ətraf mühitin mühafizəsinə öz töhfəmizi verək.

www.yenicag.az

1662
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100