!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Bülbüloğlundan Rusiya üçün “BƏRAƏT”: “Geri çağırılmalı və mükafatları əlindən alınmalıdır” - Əli Əliyev

!Reklam – Yazi

“O qədər səhvlər buraxır, dövlətçiliyə və milli mənafeyə qarşı çıxışlar edir, ancaq ona “gözün üstdə qaşın var” deyən yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 20 Yanvar olayları ilə bağlı səsləndirdiyi “Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir” fikrinə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Əli Əliyev qeyd edib ki, Polad Bülbüloğlu bu açıqlamaları ilə Azərbaycanın yox, Rusiyanın maraqlarına xidmət etdiyini göstərir:

“Bu, Polad Bülbüloğlunun ilk belə sayıqlaması deyil. Xatırlayırsızsa, o, 2007-ci il iyunun 28-də işğal altındakı ərazilərimizə getmişdi, döndükdən sonra separatçı rejimi danışıqlar masası ətrafında əyləşdirməyi təklif etmişdi, 44 günlük müharibədən sonra da ermənilərə mədəni muxtariyyətin verilməsi haqda mövqe bildirmişdi. Əgər bir Azərbaycan səfiri, diplomatı belə danışırsa, deməli, onun ermənilərlə bağlılığı var və o, öz ölkəsinin yox, Moskvanın maraqlarına xidmət edir.

Xalqın ötən illərdə olduğu kimi dünən də Şəhidlər Xiyabanını axın-axın ziyarət etməsi bir daha təsdiqlədi ki, 20 Yanvar faciəsi və onu törədənlər heç vaxt unudulmayacaq. Fakt budur ki, 20 Yanvar hadisəsinə görə məsuliyyət həm də qanlı Sovet imperiyasının varisi və siyasi-hüquqi davamçısı olan müasir Rusiyanın üzərindədir.

Əgər biz Xocalı faciəsində əliyalın insanlarımızın öldürülməsini bütün dünyaya soyqırımı kimi tandırıqsa, 20 Yanvarda da eyni hal baş verib. O gün Bakıda xalqımıza qarşı məhz soyqırımı törədilib, rus əsgərləri əlində heç bir silahı olmayan dinc əhaliyə qarşı ağır texnika və odlu silahdan istifadə edərək qan töküblər”.

Partiya sədri Polad Bülbüloğlunun səfirlikdən geri çağrılaraq bütün dövlət mükafatlarının əlindən alınmasının vacibliyini vurğulayıb:

“Heç kəs Polad Bülbüloğluna xalqın adından danışmaq səlahiyyəti verməyib. Hesab edirəm ki, bu adam lənətlə qınanmalıdır, onu səfir vəzifəsindən geri çağırmaq və dövlət mükafatlarını əlindən alnmaq lazımdır.

Çünki o, mədəniyyət naziri olarkən bizim mədəni sərvətlərimiz onun əli ilə xarici ölkələrə dağıdılıb. Bu barədə mətbuatda dəfələrlə yazılıb. Bu adam erməni xislətlidir. Təəccüblüsü isə budur ki, o, Azərbaycan hakimiyyəti tərtəfindən hələ də bəslənilir.

O qədər səhvlər buraxır, dövlətçiliyə və milli mənafeyə qarşı çıxışlar edir, ancaq ona “gözün üstdə qaşın var” deyən yoxdur. Maraqlıdır, bunu himayə edən kimdir və onu niyə hələ də səfir vəzifəsində saxlayırlar? Bülbüloğlu barəsində qəti tədbir görülməli və xalq da ona öz münasibətini bildirməlidir”.

Aqil Bəkir

www.yenicag.az

1375
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv