Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi Bülbülün böyük oğlu Çingiz Məmmədov vəfat edib.
Yenicag.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat xidməti Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib.
Qeyd edək ki, 12 dekabr 1938-ci ildə Tiflisdə doğulan Çingiz Bülbüloğlu uzun illər bir sıra vəzifələrdə çalışıb.
O, bir neçə il əvvəl Milli Məclis Aparatında şöbə müdiri vəzifəsindən təqaüdə çıxıb.