!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polad Həşimovun anası oğlunun adına olan yerə buraxılmadı - VİDEO

!Reklam – Yazi

Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbə nümayəndəliyinin fəaliyyətindən narazı olduğunu bildirib.

Yenicag.az xəbər verir ki, o, bu barədə P.Həşimovun xatirəsinə təşkil olunmuş anım mərasimində danışıb.

Şəhid anası bildirib ki, hər il oğlunun anım mərasimini Polad Həşimovun adını daşıyan idman klubunda keçirib. Lakin bu il həmin klubunun qapıları şəhid anasının üzünə bağlı olub:

“Qızıldaş qəsəbəsində Polad Həşimov adına idman klubundakı tədbirlərdə 3 il iştirak etmişəm. Amma əfsuslar olsun ki, bu il Qızıldaş qəsəbəsindəki idman klubunda yox, “Laçın” adında restoranda iştirak edirik. Ona görə ki, klubun qapısı bizim üçün bağlı oldu. Amma məlum deyil ki, nədən bağlı oldu”./yenisabah

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv